AZ

İdmançımız Paralimpiya çempionu oldu – Fotolar


Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov “Paris-2024” Yay Paralimpiya Oyunlarının qızıl medalını qazanıb.
Yeniavaz.com
xəbər verir ki, K44 kateqoriyası üzrə 70 kiloqram çəki dərəcəsində çıxış edən idmançı həlledici görüşdə türkiyəli Fatih Çeliklə qarşılaşıb.
Rəqibinə 15:2 hesabı ilə qalib gələn idmançımız Paralimpiya çempionu olub.
Qeyd edək ki, bu, Azərbaycanın Paris-2024-də əldə etdiyi ikinci medal olub. Belə ki, milli komandanın heyətində daha əvvəl digər parataekvondoçu Sabir Zeynalov (58 kiloqram) bürünc medal qazanıb.
Xatırladaq ki, Azərbaycan yarışda 7 növ üzrə 18 idmançı ilə təmsil olunur.
Seçilən
75
44
yeniavaz.com

10Mənbələr