AZ

Parisdə üçüncü olan azərbaycanlı: “Səhvlərə görə qızılı əldən verdim”

"Məqsədim Vətənə çempion olaraq qayıtmaq idi. Amma müəyyən səhvlərə görə qızıl medalı əldən verdim".

Sportinfo.az xəbər verir ki, bunu Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanan Azərbaycan parataekvondoçusu Sabir Zeynalov (58 kq) deyib.

K44 kateqoriyasında mübarizə aparan idmançı 19 yaşında paralimpiadada mükafat əldə etməyin qürurverici olduğunu bildirib:

"Yeni hədəflərim var. Dünya və Avropa çempionu olmaq, həmçinin Los-Anceles-2028 Paralimpiadasında qızıl medal qazanmaq istəyirəm.

Dəstəyinə və diqqətinə görə cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Gənclər və İdman Nazirliyinə, Milli Paralimpiya Komitəsinə, Taekvondo Federasiyası ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təşəkkürümü bildirirəm".

Seçilən
142
50
sportinfo.az

10Mənbələr