AZ

Bu gün Mingəçevirdə "Kürü keçək?!" adlı yarış keçiriləcək

Bu gün Mingəçevir şəhərində "Kürü keçək?!” açıq suda üzmə yarışı keçiriləcək.

QAZÌLER.AZ  AZƏRTAC-a istinaden xəbər verir ki, su idmanı növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsi məqsədi daşıyan yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Kür çayının iki sahili arasında təşkil ediləcək yarışda ölkəmizin bütün rayon və şəhərlərindən üzməyi bacaran 13 yaşdan yuxarı şəxslər iştirak edəcəklər.

Qeyd edək ki, ilk dəfə açıq suda üzmə yarışı 2022-ci ildə Xəzər dənizində (“Xəzər dalğası”), 2023-cü ildə isə Mingəçevirdə (“Kürü keçək”) təşkil edilib. Kür çayında növbəti dəfə reallaşacaq yarış peşəkarlar və həvəskarlar arasında 300 metr məsafəyə təşkil ediləcək

Seçilən
31
29
qaziler.az

10Mənbələr