AZ

"Kürü keçək?!" adlı kütləvi suda kütləvi üzmə yarışı keçirilib

Mingəçevir şəhərində "Kürü keçək?!" adlı açıq suda kütləvi üzmə yarışı təşkil olunub.

"CBC Sport"un Mingəçevirə ezam olunan əməkdaşı xəbər verir ki, turnir su idmanı növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsi məqsədi daşıyır. Yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan turnirə gənclər və idman nazirinin müavini Mariana Vasileva start verib.

Kür çayının iki sahili arasında - 300 metr məsafədə gerçəkləşən turnirə ölkəmizin bütün rayon və şəhərlərindən üzməyi bacaran 13 yaşdan yuxarı 500-dək nəfər qatılıb.

Üzənlər arasında gənclər və idman naziri Fərid Qayıbov da olub.

Əlavə edək ki, ilk dəfə açıq suda üzmə yarışı 2022-ci ildə Xəzər dənizində (“Xəzər dalğası”), 2023-cü ildə isə Mingəçevirdə Kür çayında (“Kürü keçək”) gerçəkləşib.

"Kürü
"Kürü
"Kürü
"Kürü
Seçilən
41
29
cbcsport.az

10Mənbələr