AZ

Mingəçevirdə Kürü keçək?! yarışı yekunlaşıb

Mingəçevir şəhərində keçirilən "Kürü keçək?!" adlı açıq suda üzmə yarışının mükafatlandırılma mərasimi keçirilib.






Sport24.az xəbər verir ki, qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elnur Məmmədov, Avropa Gimnastikasının vitse-prezidenti Edvard Kolar, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Maqsud Fərzullayev, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) baş katibi Fərhad Əliyev və "Kür" Olimpiya Tədris-İdman Mərkəzinin direktoru Ceyhun Mirzəyev təqdim ediblər.
 
Kür çayının iki sahili arasında 300 metr məsafədə gerçəkləşən turnirə ölkəmizin bütün rayon və şəhərlərindən üzməyi bacaran 13 yaşdan yuxarı 500-dək nəfər qatılıb. Yarışın keçirilməsində əsas məqsəd su idmanı növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsidir.
 
Qeyd edək ki, yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə baş tutub.

Seçilən
33
3
sport24.az

10Mənbələr