AZ

Ceyhun Bayramov səs verdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov növbədənkənar parlament seçkilərində səsvermə hüququndan istifadə edib.

Bolgə.TV xəbər verir ki, XİN başçısı 7 saylı Səbail seçki dairəsinin 4 saylı seçki məntəqəsində səs verib.
Qeyd edək ki, seçkilər ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 478 seçki məntəqəsində keçirilir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb. Seçki məntəqələri saat 8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
34
bolge.tv

10Mənbələr