AZ

Pozuntu kimi təqdim edilən bütün məsələlər çox ətraflı araşdırılacaq - Məzahir Pənahov

Bu gün Mərkəzi Seçki Komissiyasına rəsmi heç bir müraciət daxil olmayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov seçkilərin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransında məlumat verib.

Sədr bildirib ki, MSK-nın “Qaynar xətti”nə informativ xarakterli zənglər olub:

 “MSK-ya nə müraciət daxil olacaqsa, arzu edilən bütün beynəlxalq müşahidəçilərin, media nümayəndələrinin iştirakı ilə araşdıracağıq. Pozuntu kimi təqdim edilən bütün məsələlər çox ətraflı, şəffaf şəkildə araşdırılacaq və müvafiq qərarlar qəbul ediləcək".

Günay Şahmar, Bizim.Media

Seçilən
199
8
bizim.media

10Mənbələr