AZ

MDB müşahidə missiyası parlament seçkiləri ilə əlaqədar mətbuat konfransı keçirir - FOTOLAR

Bu gün Müstəqil Dövlətlər Birliyinin (MDB) müşahidə missiyası sentyabrın 1-də Milli Məclisə növbədənkənar parlament seçkiləri ilə əlaqədar mətbuat konfransı keçirir. SİA xəbər verir ki, 13 avqust tarixindən etibarən MDB nümayəndələri müşahidəyə başlayıb. Bu heyətə aid Belarus, Özbəkistan, Qazaxıstan, Tacikistan, Qırğızıstan milli şurasının üzvləri iştirak ediblər. Bu missiya öz funksiyasını MDB ölkələrinin hüquq və azadlıqları, seçki prosesinə müdaxilə etməmək prinsipi ilə həyata keçirib. MDB nümayəndələrinə 10 nəfər müşahidəçi daxil olmuşdur. Onlar təşkilat kompaniyasını müşahidə etmişlər.

Qeyd ediblər ki, təşkilatlanma yaxşı səviyyədə idi: "Namizədlərin hər biri üçün yaxşı şərait yaradılmışdı. Bu da şəffaflığın və ədalətli seçkinin olduğunu göstərirdi".

Onlar bildirdilər ki, seçicilər azad şəkildə öz seçimlərini edirdilər: "Bu fəaliyyətin mətbuatda işıqlandırılması üçün də şərait yaradılıb. Namizədlərin siyahıya alınması prosesində ilkin mərhələdə 508 şəxs partiya bloku namizədlik üçün müraciət edib. Çox sayda namizədin qeydiyyata alınması onlara seçim şansı verib. Seçki Məcəlləsinə əsasən 60-dan çox namizədin təşviqat kampaniyası işıqlandırılıb. 3469-u açıq məkanlarda olmuşdur. 10 mindən çox guşədə seçkiqabağı təşviqat kompaniyası üçün köşələr yaradılıb. MSK tərəfindən əhalinin məlumatlandırılması üçün bütün tədbirlər görülüb. Bu məqsədlə məlumatlandırıcı plakatlar, seçki tarixi barədə 6 milyon-dan çox bildiriş paylanıb. MSK tərəfindən "Seçkilər-2024" adlı müstəqil mətbuat mərkəzi təsis edilib".

Seçilən
173
50
sia.az

10Mənbələr