Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 31-də və sentyabrın 1-də ümumi çəkisi 19,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.