AZ

MM seçkiləri: 2005-dən bəri ən aşağı aktivlik qeydə alındı

Ötən gün ölkəmizdə baş tutan parlament seçkilərində, rəsmi məlumata görə, seçici aktivliyi 37,27 faiz olub. Yəni 6 milyon 421 min 960 seçicidən seçkidə 2 milyon 196 min 771 nəfər iştirak edib.
BUTA.TV xəbər verir ki, 3-cü çağırış MM-ə seçkilərdə - 2005-ci il 6 noyabrda 4 milyon 675 min 572 seçici olub, 1.974.036 nəfər seçkilərdə iştirak edib. Seçici aktivliyi: 42,22% olub. 4-cü çağırış MM-ə seçkilərdə - 2010-cu il 7 noyabrda 4 928 594 seçicidən seçkidə 2 442 365 seçici iştirak edib. Seçici aktivliyi 49,56% olub. 5-ci çağırış MM-ə seçkilərdə - 2015-ci il 1 noyabrda 5 211 765 seçicidən seçkidə 2 894 515 iştirak edib. Seçici aktivliyi 55,54% olub. 6-cı çağırış MM-ə seçkilərdə - 2020-ci il 9 noyabrda 5 359 015 seçicidən seçkidə 2 510 135 nəfər iştirak edib. Seçici aktivliyi 46,84% olub.

Beləliklə, 2005-ci ildən bəri keçirilən 5 parlament seçkisində ən aşağı seçici aktivliyi ötən gün qeydə alınıb.

Seçilən
233
2
buta.tv

10Mənbələr