AZ

Ülvi Quliyevin rəqibi: Topa – topa saxta bülletenlər atırlar

15 saylı Yasamal Birinci Seçki Dairəsinin ayrı-ayrı məntəqə-seçki Komissiyalarından həyəcanlı xəbərlər gəlməyə başladı.Yenə də köhnə dalğa, köhnə koordinat!Təyin ediləcək namizədin xeyrinə topa-topa saxta bülletenlərin atılmasına start verildi”.Yuxarıda qeyd olunan dairədən Ümid Partiyasının deputatlığa namizədi Taleh Əliyev bu məlumatı yayıb. Onun sözlərinə görə, 15 saylı Yasamal birinci Seçki Dairəsinin digər namizədlərini bu saxtakarlığa qarşı birgə mübarizəyə çağırıram: ”Gəlin seçicilərin bizə olan etimadını, Azərbaycan Respublikasının qanunlarının aliliyini və namizəd olaraq öz hüquqlarımızı birlikdə qoruyaq!Bütün faktları bir araya toplayıb, saxtakarlığın qarşısını ya Mərkəzi Seçki Komissiyasında və yaxud da məhkəmə instansiyalarında alaq.Nəzərə alın ki, əvvəlki parlament seçkilərində də saxtalaşdırılmış seçkilərin ləğv edilməsi ilə bağlı çox sayda faktlar mövcuddur”.Qeyd edək ki, bu dairədən deputat olacağı gözlənilən namizəd Ülvi Quliyevdir. \\Tribunainfo.az

Seçilən
58
3
anaxeber.info

4Mənbələr