AZ

MM seçkiləri: 2005-dən bəri ən aşağı aktivlik qeydə alındı

Ötən gün ölkəmizdə baş tutan parlament seçkilərində, rəsmi məlumata görə, seçici aktivliyi 37,27 faiz olub. Yəni 6 milyon 421 min 960 seçicidən seçkidə 2 milyon 196 min 771 nəfər iştirak edib.

Aktual.az xəbər verir ki, 3-cü çağırış MM-ə seçkilərdə - 2005-ci il 6 noyabrda 4 milyon 675 min 572 seçici olub, 1.974.036 nəfər seçkilərdə iştirak edib.

Seçici aktivliyi: 42,22% olub.

4-cü çağırış MM-ə seçkilərdə - 2010-cu il 7 noyabrda 4 928 594 seçicidən seçkidə 2 442 365 seçici iştirak edib.

Seçici aktivliyi 49,56% olub.

5-ci çağırış MM-ə seçkilərdə - 2015-ci il 1 noyabrda 5 211 765 seçicidən seçkidə 2 894 515 iştirak edib.

Seçici aktivliyi 55,54% olub.

6-cı çağırış MM-ə seçkilərdə - 2020-ci il 9 noyabrda 5 359 015 seçicidən seçkidə 2 510 135 nəfər iştirak edib.

Seçici aktivliyi 46,84% olub.

Beləliklə, 2005-ci ildən bəri keçirilən 5 parlament seçkisində ən aşağı seçici aktivliyi ötən gün qeydə alınıb.

Seçilən
198
2
ulusum.az

10Mənbələr