AZ

YAP-ın parlament seçkilərində 68 namizədi liderdir

Azərbaycanda sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərinin ilkin açıqlanan nəticələrinə görə Yeni Azərbaycan Partiyasının (YAP) 68 namizədi liderdir.

Bizim.Media xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının saytında məlumat yerləşdirilib.

İlkin açıqlanan nəticələrə görə, 45 nəfər bitərəf namizəd öz dairələrində qalib gəliblər.

Qeyd edək ki, artıq seçki məntəqələrinin 100 faizi yekun protokollarını Mərkəzi Seçki Komissiyasına təqdim ediblər.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
19
bizim.media

10Mənbələr