AZ

Millimizin İsveçlə oyununun hakimləri bəlli oldu

Azərbaycan millisinin İsveç yığması ilə Bakıda keçirəcəyi UEFA Millətlər Liqasının I turunun oyununun təyinatları müəyyənləşib.

Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq görüşü Macarıstandan olan hakimlər briqadası idarə edəcək.

FIFA referisi Balaş Berkeyə Vencel Tot və Balaş Szert kömək göstərəcəklər.

Dördüncü hakim funksiyasını Csaba Pinter yerinə yetirəcək.

Sentyabrın 5-də təşkil olunacaq qarşılaşma saat 20:00-da başlayacaq.

Seçilən
56
18
rekord.az

10Mənbələr