AZ

"Kəpəz" 1000-ə çatdı: Yalnız "Neftçi" və "Qarabağ"...

“Kəpəz” Azərbaycan çempionatlarında 1000-ci qolu vurub.

Publika.az PFL-in saytına istinadən xəbər verir ki bu, Azərbaycan Premyer Liqasının 5-ci turuna təsadüf edib. “Sabah”la Tovuz şəhər stadionunda keçirilən ev oyununda 2:3 hesabı ilə uduzan Gəncə təmsilçisinin ilk qolu yubiley xarakteri daşıyıb.

“Kəpəz”in 1000-ci qolunu Viktor Braqa vurub. Bu rəqəmi 1001-ə də çatdıran komanda 651-ci oyununda buna nail olub. Gəncə təmsilçisinin orta məhsuldarlığı 1,54-ə bərabərdir.

“Kəpəz” evdə 619, səfərdə 372, neytral meydanda 10 qola sevinib. Qərb təmsilçisi Azərbaycan çempionatları tarixində 1000 və daha çox qol vuran 3-cü komandadır. Yalnız “Neftçi” və “Qarabağ” daha çox fərqlənib.

Seçilən
37
24
publika.az

10Mənbələr