AZ

Azərbaycanda qatarda gedişlərin sayına görə bonuslar hesablanacaq 

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişindaşımada ilk dəfə loyallıq proqramını həyata keçirməyi planlaşdırır.

Bunu “Report”a ADY-nin sədri Rövşən Rüstəmov bildirib.

Onun sözlərinə görə, layihənin reallaşdırılmasına yaxın zamanlarda başlanılacaq: “Aviadaşımalarda tətbiq olunan "Miles" proqramına uyğun olaraq qatarlarda gedişlərin sayına görə sərnişinlər bonuslar əldə edəcəklər”.

R.Rüstəmov vurğulayıb ki, loyallıq proqramı ADY-nin mobil tətbiqinə əlavə ediləcək: “Bununla yanaşı, mobil tətbiqə bir sıra yeni funksiyaların əlavə edilməsi gözlənilir”.

Xatırladaq ki, ADY hazırda Bakı-Pirşağı-Sumqayıt, Bakı-Xırdalan-Sumqayıt, Bakı-Ağstafa-Bakı, Bakı-Qəbələ-Bakı istiqamətlərində sərnişin daşıyır.

Ölkədə dəmir yolu nəqliyyatı ilə 2024-cü ilin yanvar-iyul aylarında 4 milyon 524,2 min sərnişin daşınıb, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 20,5 % çoxdur.

ADY 2021-ci ildə 2,8 milyon, 2022-ci ildə 5,2 milyon, 2023-cü ildə isə 7 milyon sərnişin daşıyıb.

Seçilən
89
50
olke.az

10Mənbələr