"Trabzonspor" klubunun prezidenti Ərtoğrul Doğan baş məşqçi Abdullah Avcı ilə yollarını ayırdıqdan sonra Şenol Günəşlə danışıqlara başlayıb.
Adalet.az xəbər verir ki, Ərtoğrul Doğan bu gün Şenol Günəşlə üz-üzə görüşərək müqavilə təklif edəcək.
Qeyd edək ki, klubun prezidenti Şenol Günəşlə razılıq əldə olunmadığı halda Sergen Yalçınla da görüşməyə hazırlaşdığını bildirib.