AZ

Parlament seçkilərində ən çox səs toplayan namizədlər kimlərdir? VİDEO

MSK-nın ilkin nəticələrinə əsasən, ən çox səs toplayan 125 nəfərdən 28-i Milli Məclisdə ilk dəfə təmsil olunacaq.

Xezerxeber.az xəbər verir ki, onlardan 20-si kişi, 8-i isə qadındır.

İlk dəfə seçilənlərdən 11-i bitərəf kimi namizədliyini irəli sürüb. Ən çox səs toplayan və ilk dəfə təmsil olunanlar arasında keçmiş diplomat, nazir və icra başçıları da var.

Rəqiblərini geridə qoyan və Milli Məclisin ən gənc deputatı olacaq şəxs isə 29 yaşlı Mahir Süleymanlıdır. Mahir Süleymanlı 28 fevral 1995-ci ildə anadan olub. O, 56 saylı Şabran-Xaçmaz seçki dairəsindən namizəd idi.

Parlamentin ilk iclasını isə bu dəfə də Ziyad Səmədzadə aparacaq. Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə görə, ilk iclası ən yaşlı deputat aparır və bu missiya 84 yaşla deputat Ziyad Səmədzadəyə həvalə olunacaq. Eyni zamanda yeni siyahıda yaşı 70-i ötmüş 17 qalib namizəd var.

MSK-nın seçkilərin nəticələri ilə bağlı ilkin nəticələrinə əsasən, Mehriban Vəliyeva ən az səs faizi ilə millət vəkili seçilən namizəd oldu. Sumqayıt üçüncü seçki dairəsindən namizəd olan Məktəbəqədər və Ümumi Təhsil Agentliyinin sabiq direktor müavini sözügedən dairə üzrə etibarlı səslərin 5 min 752-sini toplaya bilib ki, bu da ümumi səslərin 36,5 faizini təşkil edib.

Bir vaxtlar Zaqatalanıın icra hakimiyyəti başçısı olmuş Arif Əsgərov isə 12 min 942 səs yığaraq ümumi səslərin 80 faizini toplayıb. Bu nəticə isə ölkə üzrə ən yüksək göstərici olub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
137
19
xezerxeber.az

10Mənbələr