ABŞ-da nəzakətli oğru evə girib, yemək yeyib və getməzdən əvvəl qabları yuyub.
Moderator.az qeyd edir ki, hadisə Vaşinqton ştatında baş verib. Ev sahibi Eddi Anduyo 23 avqust Cümə günü səfərdən qayıdıb mətbəxdə oğrunun qeydini tapıb. Məlum olub ki, evə daxil olan naməlum şəxs özünə spagetti bişirib, yuyunub, paltarlarını yuyub və izahatları olan qeyd qoyub gedib.
Əvvəlcə Anduyo bunun zarafat olduğunu düşünüb. O, şüşə qırıqlarını gördükdən sonra çağırılmamış qonağın varlığının izlərini aşkar edib: yuyulmuş qablar və səliqə ilə qatlanmış dəsmallar və yorğanları görəndə heyrətə gəlib. Yeməkdən başqa heç nə götürməyən quldurun incəliyi kişini heyran etdi.
Oğrunu tapmaq mümkün olmayıb. Eyni zamanda, Anduyonun qonşuları bildiriblər ki, onlar ərazidə müşahidə kameraları tərəfindən çəkilmiş bir kişini görüblər. Bəzi qonşular onun evlərinə soxulmağa çalışdığını bildiriblər.