Hazırda azad agent statusunda olan niderlandlı yarımmüdafiəçi Memfis Depay yenidən İspaniyada qala bilər.
90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Nikolo Şira "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
O 30 yaşlı futbolçu ilə İspaniyanın "Sevilya" və "Rayo Valyekano" klubları ilə yanaşı Braziliya "Flamenqo"su və Səudiyyə Ərəbistanı klublarından birinin də maraqlandığını vurğulayıb.
"Atletiko"dan ayrılan yarımmüdafiəçinin özü də Avropada oynamağa davam etmək istəyir.
Xatırladaq ki, Depay ötən mövsüm "Atletiko"da 31 oyunda iştirak edib, 9 qol vurub və iki məhsuldar ötürmə edib.