AZ

ABŞ  Venesuela prezidenti Maduronun təyyarəsini müsadirə edib

ABŞ  Venesuela prezidenti Nikolas Maduronun təyyarəsini müsadirə edib.

Azpost.info bildirir ki, bu barədə CNN iki yüksək rütbəli amerikalı məmura istinadən məlumat yayıb.

Bu addım Venesuelanın təyyarəni aldığı  zamanı Amerika sanksiyalarını pozduğuna görə atılıb.

Təyyarə son bir neçə ay ərzində yerləşdiyi Dominikan Respublikasında ələ keçirilib. Təyyarənin müsadirə edilməsi Venesuela ilə ABŞ arasında onsuz da gərgin olan münasibətlərin kəskinləşməsindən xəbər verir.

“Bu, yuxarıdakı hər kəsə bir siqnaldır. Xarici dövlət başçısının təyyarəsinin müsadirə edilməsi cinayət işlərində görünməmiş haldır. Biz burada açıq mesaj veririk ki, heç kim qanundan üstün deyil, heç kim ABŞ-ın sanksiyalarından kənarda deyil”, – deyə mənbələrdən biri bildirib.

Təxminən 13 milyon dollar dəyərində olan Dassault Falcon 900-ün müsadirə edilməsində ABŞ-ın bir neçə federal qurumu, o cümlədən Daxili Təhlükəsizlik Təhqiqatları Departamenti, Sənaye və Təhlükəsizlik Bürosu və Ədliyyə Nazirliyi iştirak edib. CNN-in həmsöhbətlərindən birinin sözlərinə görə, ABŞ hakimiyyəti Dominikan Respublikası ilə sıx əməkdaşlıq edib və bu ölkə Venesuelaya təyyarənin müsadirəsi barədə məlumat verib.

ABŞ rəsmiləri ələ keçirilən təyyarəni dövlət səfərlərində Maduronu bütün dünyaya aparan Air Force One-ın Venesueladakı ekvivalenti kimi qiymətləndiriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
azpost.info

1Mənbələr