AZ

Rusiya səfiri İran XİN-ə çağırıldı - Zəngəzur dəhlizinə görə...

Ötən gün İran Xarici İşlər Nazirliyinin Avrasiya Baş İdarəsinin rəisi Müctəba Dəmirçilu Rusiyanın Tehrandakı səfiri Aleksey Dedovla görüşüb.

Musavat.com İRNA-ya istinadən xəbər verir ki, görüşdə ikitərəfli münasibətlər, ölkələrin ərazi bütövlüyü və qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən Cənubi Qafqazda regional əməkdaşlıq müzakirə edilib.

Bundan başqa, Cənubi Qafqazda gedən proseslər barədə danışarkən İran XİN rəsmisi bildirib ki, Tehran beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsinə və istənilən geosiyasi dəyişikliyə qarşı çıxır.

Qeyd olunub ki, tərəflər “3+3” formatında gələcəkdə keçiriləcək iclas və İran, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin görüşü haqqında fikir mübadiləsi aparıblar. 

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
15
musavat.com

10Mənbələr