AZ

MSK-nın ilkin nəticələri: keçmiş nazir, deputat arvadı, nazir qızı, deputat oğlu…

Məzahir Pənahov şikayətlərin araşdırılacağını deyibAzərbaycanda sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərinin ilkin nəticələri açıqlanıb.Bu barədə sentyabrın 2-də Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir Pənahov danışıb.Onun sözlərinə görə, 125 dairə üzrə 5895 məntəqənin nəticələri, yəni məntəqələrin 91 faizinin məlumatları artıq Mərkəzi Seçki Komissiyasına daxil olub:“Bir daha təkrar edirəm ki, bu, Mərkəzi Seçki Komissiyasına daxil olan 6478 məntəqənin 91 faizinin, yəni 5895 məntəqənin rəqəmləridir və ilkin nəticələrdir. Sabahdan etibarən dairə seçki komissiyalarının protokolları MSK-ya daxil olmağa başlayacaq. İki gün müddətində bütün 125 seçki dairəsindən DSK-nın protokolları MSK-ya daxil olduqdan sonra MSK-nın üzvləri, işçi və ekspert qrupları bu sənədləri araşdıracaq. MSK-ya əgər hansısa müraciət, şikayət daxil olubsa, onların hamısı araşdırılacaq. MSK bu proseslərə ən geci 20 gün müddətində yekun vuracaq. Araşdırmalar başa çatdıqdan sonra MSK qərar qəbul edəcək və daxil olmuş bütün sənədlər MSK-nın və DSK-ların protokolları ilə birlikdə Konstitusiya Məhkəməsinə təqdim olunacaq”, – deyə M.Pənahov əlavə edib.Foto: AzərtacMSK sədri 2 milyon 196 min 711 nəfər seçicinin səsvermədə iştirak etdiyini bildirib:“Seçici fəallığı 37,27 faiz olub”.Meydan TV-nin araşdırmasına görə, ilkin nəticələrdə yeni mandat alanların 88 nəfəri VI çağırış Milli Məclisin üzvləri olub.İlk dəfə mandat alanlardan Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev 9 fevral prezident seçkisində iştirak etmişdi.Bəs başqa kimlər var?Digərləri bunlardır: AMİP sədri Arzuxan Əliyev, Gülşən Paşayeva – Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı, Günay Əfəndiyeva – Baş nazirin keçmiş müavini Elçin Əfəndiyevin qızı, Samir Vəliyev – keçmiş YAP-çı deputat Əhməd Vəliyevin oğlu, Azər Allahverənov, Qaya Məmmədov (2008-2011-ci illərdə NATO yanında nümayəndəliyində müxtəlif diplomatik vəzifələrdə çalışıb),  Pərvanə Vəliyeva (YAP-Xarici işlər nazirinin müavini Elnur Məmmədovun xanımı), Mehriban Vəliyeva (YAP), Səbinə Salmanova (bitərəf), Elnarə Akimova (YAP),  Zaur Şükürov (Azərbaycanın Polşa, Belarus, Macarıstandakı səfirliklərində müşavir, Cənubi Afrika Respublikasındakı səfirliyində müvəqqəti işlər vəkili diplomatik missiyanın rəhbəri vəzifəsində çalışıb), Nigar Məmmədova (sabiq ədliyyə naziri Fikrət Məmmədovun qızı), Rizvan Nəbiyev (bitərəf), Ramid Namazov (YAP, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsində çalışır), Heydər Əsədov (sabiq kənd təsərrüfatı naziri və  Hesablama Palatasının keçmiş sədri ), Mahir Süleymanlı – keçmiş deputat Tahir Süleymanlının oğlu (YAP), Əlibala  Məhərrəmzadə (YAP), Günay Ağamalı – sabiq deputat Fəzail Ağamalının qızı (Ana Vətən Partiyası), Tənzilə Rüstəmxanlı – keçmiş deputat Sabir Rüstəmxanlının həyat yoldaşı (VHP), Fariz İsmayılzadə  (bitərəf, “ADA” Universitetinin prorektoru, İnkişaf və Diplomatiya İnstitutunun direktoru), Vasif Qafarov (bitərəf), Elçin Mirzəbəyli (ƏHD), Bədəl Bədəlov (YAP, 2011-2023-cü illərdə Dövlət Neft Şirkətinin Sosial məsələlər üzrə vitse-prezidenti olub), Asif Əsgərov (YAP, keçmiş icra başçısı), Rövşən Muradov (YAP), Mircəlil Qasımlı (bitərəf).Bundan əlavə, Milli Məclisin I, II, III, IV çağırış deputatı, 2014-2024-cü illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri olan Mübariz Qurbanlı, 1995–2005-ci illərdə Milli Məclisin deputatı, 2006-2010-cu illərdə İstanbul şəhərində Azərbaycanın Baş konsulu, 2012-2015-ci illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin keçmiş birinci müavini vəzifələrində çalışan Səyyad Aran da mandat alıblar. Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri Azər Əmiraslanov isə 2005-ci ildə 98 saylı Şəmkir şəhər seçki dairəsindən mandat almışdı.Adları açıqlanan yeni deputatların ən yaşlısı Ziyad Səmədzadə (84 yaş), ən gənci isə 29 yaşlı Mahir Süleymanlıdır. Bu dəfəki tərkibdə qadın deputatların sayı 4 nəfər artıb, VI çağırışda 22 idi. Gülşən Paşayeva, Günay Əfəndiyeva, Pərvanə Vəliyeva, Elnarə Akimova, Pərvin Kərimzadə, Mehriban Vəliyeva, Səbinə Salmanova, Nigar Məmmədova, Günay Ağamalı, Tənzilə Rüstəmxanlı ilk dəfədir mandat alırlar.1 sentyabr seçkiləri. Foto: “Turan”.Növbədənkənar seçkilərin keçirilməsinə hakim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən təşəbbüs göstərilib.Əsas kimi seçkilərin vaxtının Birləşmiş Millətlər Təşkilatının (BMT) qlobal forumu – COP29 iqlim konfransının Bakıda keçirilməsilə üst-üstə düşməsi göstərilib.Seçkidən bir gün əvvəl MSK sədri Məzahir Pənahov seçkilərdə 6 milyon 421 min 960 vətəndaşın səs verəcəyini deyib.Komissiya sədri bildirib ki, seçkilər 6478 seçki məntəqəsində keçiriləcək, onlardan 6343-ü daimi, 135-i isə müvəqqətidir.MSK sədrinin sözlərinə görə, ölkənin ən çox seçicisi 30-39 yaş arasındadır:“İlk dəfə səs verəcək seçicilərin sayı 51 141 nəfərdir. Ən yaşlı seçicimiz 134 yaşlı qadındır. Ən yaşlı kişi seçicimizin 109 yaşı var”.Məzahir Pənahov deyib ki, ümumilikdə 112749 yerli müşahidəçi var, onlardan 7077-i MSK-da, 105672-i isə dairə seçki komissiyalarında (DSK) qeydə alınıb.Seçkiləri ATƏT Parlament Assambleyasının 60 deputatı və ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun monitorinq missiyasının 300 üzvü müşahidə edib.Avropa Şurası Parlament Assambleyasına (AŞPA) növbədənkənar seçkiləri müşahidə etmək üçün dəvət göndərilməyib.Bundan öncə də Azərbaycan Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətini bu ilin fevralında keçirilmiş növbədənkənar prezident seçkilərini müşahidəyə dəvət etməmişdi.Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətini dəvət etməkdən imtina Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasında səlahiyyətinin bir il müddətinə dayandırılmasının səbəblərindən biridir.Müsavat, Respublikaçı Alternativ (REAL) və digər müxalifətyönlü partiyalar seçkidə iştirak edib.

Seçilən
42
1
anaxeber.info

2Mənbələr