İsrailin baş naziri Benyamin Netanyahu terror təşkilatı HƏMAS-ın məğlubiyyətinə və yaraqlıların əlində qalan israilli girovların azad edilməsinə qədər Qəzza zolağında hərbi əməliyyatı davam etdirməkdə qərarlıdır.
Herbıand.az xəbər verir ki, bu barədə İsrail nazirlər kabinetinin rəhbərinin Rəfah şəhəri yaxınlığındakı tunellərdən birində altı girovun cəsədinin aşkarlanmasından az sonra, keçirdiyi mətbuat konfransında verdiyi bəyanatlarda bildirib.
Avqustun 30-da Qəzza zolağının cənubunda dörd kişi və iki qadının qalıqları tapılıb. İsrail Səhiyyə Nazirliyinin avqustun 31-də apardığı məhkəmə-tibbi ekspertizadan sonra bildirdiyi kimi, girovlar 2-3 gün əvvəl “Həmas terrorçuları tərəfindən yaxın məsafədən bir neçə atəş nəticəsində” öldürülüb.
Sentyabrın 2-də keçirdiyi mətbuat konfransında bu faciəni şərh edən Netanyahu həlak olanların yaxınlarından İsrail hakimiyyətinin onları sağ-salamat evlərinə qaytara bilmədiyi üçün bağışlanmasını istəyib:
"Yaxınlaşdıq, amma bacarmadıq".
Eyni zamanda İsrailin baş naziri HƏMAS-ın bu cinayətə görə ciddi cəzalanacağını bildirib.