AZ

Həyat yoldaşı ilə küsən şəxs maşında ölü tapıldı

Həyat yoldaşı ilə küsən şəxs maşında ölü tapıldı

Manisada 4 gündür həyat yoldaşı ilə küsülü olduğu üçün evə getməyən Ömər Yılmaz (57) avtomobilində ölü tapılıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə saat 21:00-da Yunusemre mahalının Muradiye məhəlləsində baş verib. Akgedik TOKİ-də mühavizəçi işləyən 5 uşaq atası Ömər Yılmazın 4 gündür həyat yoldaşı ilə küsdüyü üçün evə getmədiyi iddia edilib. Yılmaz Muradiye səmtində 45 AE 616 nömrəli avtomobilində qalmağa başlayıb. Avtomobildən pis qoxu gəldiyini hiss edən vətəndaşlar 112 Təcili Zəng Mərkəzinə məlumat veriblər. Məlumat üzərinə hadisə yerinə polis və təcili tibbi yardım sövq edilib. Təcili tibbi yardım əməkdaşları tərəfindən aparılan ilk müayinə zamanı Yılmazın öldüyü müəyyən edilib.

Hadisə yerinə gətirilən həyat yoldaşı Hasibe Yılmaz ərini tanıyıb və ürəyi gedib. Cəsəd prokurorluğun araşdırmasından sonra tibbi ekspertizaya aparılıb. Yılmazın ölüm səbəbi araşdırılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
sonxeber.az

1Mənbələr