AZ

"Biz çox güclü truppayıq..." - Mikayıl Mikayılov

"Yuğ Teatrı bir neçə mərhələ keçib. Teatrımızın 35-ci mövsümüdür. Çox ağır sınaqlardan keçdik. Teatr 1989-cu ildə yaranib. 1992-ci ildə isə teatr dövlət statusu alıb. 2003-cü ildə bizə bina verildi. Bu teatr tək repertuar yox, layihələr, görüşlər, dialoqlar üzərində qurulub. Teatrımızın fərqi budur ki, Vaqif İbrahimoğlu poetikası üzərində qurulub. 2003-cü ildə biz binaya köçəndən sonra xarici teatrlarla layihələrimiz başladı. Vaqif müəllim teatra gəncləri də cəlb edirdi".

Kulis.az xəbər verir ki, bu sözləri Yuğ teatrının baş rejissoru Mikayıl Mikayılov hazırda keçirilən mətbuat konfransında deyib.

"Artıq 9 ildir ki, biz Kukla Teatrının binasındayıq. Biz çox güclü truppayıq. Keçən mövsümdə çalışdıq ki, tamaşalarla bərabər layihələrdə də iştirak edək.

Yei mövsümdə yeni planlarımız da var. Quruluşçu rejissorumuz Gümrah Ömərin "Gülüş akademiyası" tamaşasının məşqləri gedir. Müxtəlif layihələr də gözlənilir. Teatrımızın 35 illiyi və Vaqif İbrahimoğlunun 75 illiyi münasibətilə tədbirlər keçiriləcək", deyə o, əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
kulis.az

1Mənbələr