I Liqa təmsilçisi MOİK-in baş məşqçisi Qəzənfər Abbasov Apasport.az saytına müsahibə verib.
- Çempionatın startına az qalıb. Mövsümə nə dərəcədə hazırsınız?
- Demək olar ki, tam hazırıq. Komandanın ümumi durumu əladır. Hazırlıqlarımız davam edir. Ümid edirəm ki, çempionata uğurlu start verəcəyik.
-Komandada hansı yeniliklər var? Heyəti qoruya bilmisiniz?
- Heyətimizi yeniləmişik. Ötən mövsümkü komandadan 7 futbolçu saxlamışıq. Digər bütün oyunçular yeni transferlərdir. Mövsümə yeni qurulmuş heyətlə başlayacağıq.
- Hədəf yenə də çempionluqdur?
- Bəli. Bu mövsüm də hədəfimiz çempionluqdur. Çünki çalışdığımız klub ordunu təmsil edir. Əsgərlərimizin qazandığı zəfərlər bizi daha da məsuliyyətli edir. Bundan motivasiya alırıq. İnanıram ki, MOİK layiq olduğu çempionluğu qazanacaq.
- İlk matçınız evdə “Mingəçevir”ə qarşı olacaq. Rəqibi necə dəyərləndirirsiz?
- “Mingəçevir” çox yaxşı kollektivdir. Ötən il də layiqli mübarizə aparırdılar. Bu mövsüm daha yaxşı komanda formalaşdırdıqlarını söyləməliyəm. Keçən sezondan daha güclüdürlər. Bizi ağır matç gözləyir. Buna baxmayaraq qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
İSMAYIL XEYRULLAYEV
Santuş İsveçlə matçdan öncə media nümayəndələri ilə görüşəcək
Daha bir legionerimiz Azərbaycana qayıdır - Bu dəfə Cəlal...
Qara Qarayevin növbəti dayanacağı haradır?
Leandro Andrade Çempionlar Liqasında oynaya bilər: "Qarabağ"la olmasa da...
Çimərlik futbolu üzrə Azərbaycan çempionatı keçirilib