AZ

Keçmiş həyat yoldaşını öldürüb qaçdı

Keçmiş həyat yoldaşını öldürüb qaçdı

Aydında qadın keçmiş əri tərəfindən öldürülüb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə dünən saat 17:00 radələrində Kuşadasının Hacıfeyzullah Məhəlləsində baş verib.

Boşandıqdan sonra keçmiş həyat yoldaşı – Nebehat Yüceçüyə qarşı zorakılıq edən Eren Dildöken Yüceçünün yaşadığı evə gəlib. Onlar arasında mübahisə yaranıb.

Mübahisə zamanı evdəki ov tüfəngini götürən Eren Dildöken keçmiş həyat yoldaşının sinəsindən atəş açaraq hadisə yerindən qaçıb.

Qonşuların məlumatı üzrə hadisə yerinə polis və təcili tibbi yardım sövq edilib.

Əraziyə gələn təcili tibbi yardım əməkdaşları ilk müayinə zamanı Nebahat Dildökenin öldüyünü müəyyən edib.

Polisin araşdırmasından sonra Nebahat Dildökenin cəsədi Kuşadası Dövlət Xəstəxanasının tibbi ekspertizasına aparılıb.

Polis cinayəti törətdikdən sonra motosikleti ilə qaçan Eren Dildökenin tutulması üçün əməliyyat başladıb.

Hadisə ilə bağlı istintaq davam edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
sonxeber.az

1Mənbələr