AZ

Məktəbli formalarına tələbat böyükdür? - BTE-dən açıqlama

Xəbər v erdiyimiz kimi, yeni tədris ili üçün hazırlanan məktəbli formaları satışa çıxarılıb.

Bu il məktəbli formalarının qiymətində də uculaşma müşahidə olunur. Belə ki, Bakı Tikiş Evində formaların satışı ilə bağlı 20 faiz ucuzlaşma olub. Məktəbli şalvarı və ətəklərinə 20 faiz endirim edilib. Bu mövsüm şalvar və ətəklər 25 manatdan 20 manata endirilib.

Maraqlıdır, məktəbli formalarına tələbat böyükdür?

Məsələ ilə bağlı "Bakı Tikiş Evi” (BTE) ASC-nin satış üzrə müdiri Etibar Əzimov "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, formaların daxili bazarda satışı zəifdir:

"Nə qədər təbliğat aparsaq da, valideynlər 1-2 manat ucuz forma görən kimi, onu alırlar. Valideynlər belə etməklə övladlarını təhlükəylə, dəri xəstlikləri ilə üz-üzə qoyurlar. Biz bəyan edirik ki, keyfiyyətli fabrik malı almaq lazımdır. Lakin valideynlər isə məktəbli formalarının ucuzuna qaçırlar".

Etibar Əzimov bildirib ki, ümumi olaraq formaların satışı ilə bağlı statistika mövsümün sonunda bilinəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
50
cebheinfo.az

10Mənbələr