AZ

Rusiya hava limanında deportasiya olunmuş əli qandallı 21 azərbaycanlı saxlanılır –2 gündür onlara yemək və su verilmir/FOTO

Rusiyanın Domodedovo hava limanında 2 gündür ölkədən deportasiya edilmiş 21 azərbaycanlı saxlanılır. 

Azpost.info bildirir ki, bu barədə görüntülər teleqram kanalında yayılıb.

Məlumata görə, hava limanında Azərbaycana uçan reys 2 gündür yubanır. Bu gün üçün uçüş gecə saat 23.00-dan sonraya nəzərdə tutulub.

Rusiyadan qovulmuş 21 azərbaycanlıya dünəndən bəri yemək və su vermirlər, hətta tualetə belə buraxmırlar. Etiraz edəni elektroşokla vururlar.  Səfirlik telefonlara cavab vermir.

Azərbaycanın səfirliyi bununla bağlı məlumatlandırılmalıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
azpost.info

1Mənbələr