AZ

Netanyahunun BU sözləri sülhə zərbə vurdu - ŞOK İDDİA 

İsrailin baş naziri Benyamin Netanyahunun Qəzza zolağının Misirlə sərhədindəki Filadelfiya dəhlizindən qoşunlarını çıxarmaq niyyətində olmadığı barədə bəyanatı Fələstinin HƏMAS hərəkatı ilə atəşkəs və girovların azad edilməsilə bağlı danışıqlarda əldə edilən bütün razılaşmaları təhlükə altına qoyub.

Musavat.com xəbər verir ki, bu barədə CNN telekanalı müzakirələrdə iştirak edən bir mənbənin dediklərinə əsasən məlumat yayıb.

Məlumata görə, Qəzza zolağında 6 girovun cəsədinin tapılmasından sonra tərəflər tez bir zamanda razılaşmanın yollarını müzakirə ediblər, lakin Netanyahunun sözləri razılaşma əldə etmək üçün bütün səyləri təhlükə altına qoyub. CNN mənbədən sitat gətirir: “Bu adam bir çıxışı ilə hər şeyi riskə atdı”.

Qeyd edək ki, avqustun 29-da İsrailin hərbi-siyasi kabineti Filadelfiya dəhlizində qoşunların mövcudluğunu saxlamaq barədə qərar qəbul edib.

“The Jerusalem Post”un xəbərinə görə, kabinet dislokasiya xəritələrini səkkiz səs çoxluğu ilə təsdiqləyib. Müdafiə naziri Yoav Qalant bunun əleyhinə səs verib, milli təhlükəsizlik naziri İtamar Ben-Qvir isə səsvermədə bitərəf qalıb. Sentyabrın 1-də Qalant ayrıca bəyanat yayaraq hökuməti bu qərara yenidən baxmağa çağırıb. Netanyahu sentyabrın 2-də keçirdiyi mətbuat konfransında ayrı-ayrı siyasətçilərin bu mövqeyindən çaşqınlıq hissi keçirdiyini bildirib və müharibə şəraitində hökumət birliyinin zəruriliyinə işarə edib.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
musavat.com

1Mənbələr