AZ

Son bir ildə dəmiryolu işçilərinin sayı 701 nəfər azalıb

Bu ilin ilk yarısında dəmiryolu işçilərinin sayında illik müqayisədə azalma müşahidə olunub.

FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Belə ki, cari ilin yanvar-iyun aylarında Azərbaycanda bu sahədə çalışan işçilərin sayı 3 min 885 nəfər olub.

2023-cü ilin yanvar-iyun ayları müqayisədə işçilərin sayında 701 nəfər və ya 15,3% azalma baş verib.

Bildirək ki, ötən ilin ilk yarısında dəmiryolu işçilərinin sayı 4 min 586 nəfər idi.

Son üç ayda isə dəmiryolu işçilərinin sayı 107 nəfər və ya 2,7% aşağı düşüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
1
fed.az

2Mənbələr