AZ

ABŞ-də silahlı insidentdə 6 nəfəryaralandı

ABŞ-nin Ohayo ştatının Şərqi Klivlend şəhərində məktəb yaxınlığında baş verən atışma nəticəsində 6 nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə polisə istinadən "ABC News" məlumat yayıb.

Bildirilib ki, odlu silahların istifadə olunduğu ən azı üç ayrı insidentdə altı nəfər yaralanıb.

Məlumata görə, hücum yüzlərlə insanın sinif yoldaşları ilə görüş üçün toplaşdığı yerin yaxınlığında baş verib, lakin polis qurbanların görüşdə iştirak edib-etmədiyini açıqlamayıb. Hüquq-mühafizə orqanları üç atışma hadisəsini əlaqələndirməyə çalışır və şübhəlinin axtarışını davam etdirir.

Sevinc İBRAHİMZADƏ

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
redaktor.az

1Mənbələr