AZ

"Çindən gətirmişəm" - Deputat 10 min manatlıq çantasından danışdı + FOTO

Milli Məclisə keçirilən seçkilərdə qalib gələn Hicran Hüseynovanın istifadə etdiyi əl çantası sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 

"AzPolitika"xəbər verir ki, bu barədə sosial şəbəkə hesabından paylaşım edən jurnalist Fərid İsmayılov deputatın çantasının qiymətinin 6032 dollar (təqribən 10 min manat-red.) olduğunu iddia edib.

"Musavat.com" deyilənlərlər bağlı Hicran Hüseynova ilə əlaqə saxlayıb. O, yayılan məlumatları təkzib edib:

“Həmin çantanı Çindən gətirtmişəm. Orada çox ucuzdur. Mən heç vaxt baha heç nə almamışam. İkinci də, bu, kimin axmaq ağlına gəlir... Əşi yaxşı, mən belə şeyləri müzakirə etmək istəmirəm”,-deyə deputat bildirib.

Qeyd edək ki, 42 Saylı Sumqayıt Birinci Seçki Dairəsindən 76.6 faiz səs toplayan Hicran Hüseynova Milli Məclisin VII çağırışının deputatıdır. 

"AzPolitika.info"

Seçilən
47
13
azpolitika.info

10Mənbələr