AZ

AHİK-in 11 avtomobili Səttar Möhbalıyevin qohumlarından alındı

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) 11 avtomobili keçmiş sədr Səttar Möhbalıyevin qohumlarından alınıb.

"Kanal14.az"ın Pravda.az-a istinadən xəbərinə görə, həmin avtomobillər indiyədək S.Möhbalıyevin ailə üzvlərinin və qohumlarının istifadəsində olub, maşınların bütün xərcləri AHİK-in hesabına ödənilib.

Bildirilib ki, keçmiş sədr "Mercedes" markalı xidməti avtomobilini təhvil verdikdən özünə yeni avtomobil də alıb.

Qeyd: Konfederasiyanın hazırki sədri Sahib Məmmədovdur.



 

Seçilən
99
10
kanal14.az

10Mənbələr