AZ

Havadakı tozun konsentrasiyasında nisbi azalma müşahidə edilir

Bakıda və Abşeron yarımadasında, həmçinin Xəzər dənizi sahili boyu ərazilərdə müşahidə olunan tozun konsentrasiyasında nisbi azalma müşahidə olunur.

"Unikal" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova məlumat verib.

Onun sözlərinə görə, sinoptik vəziyyətlə əlaqədar ölkə ərazisində sabah səhər saatlarından başlayaraq cənub-şərq istiqamətli küləklərin şimal-qərb istiqamətli küləklərlə əvəz olunması proqnozlaşdırılır ki, bu səbəbdən gün ərzində havada tozun miqdarının tədricən azalacağı gözlənilir.

Seçilən
94
36
unikal.az

10Mənbələr