AZ

Rusiyanın taxıl ixracında kəskin azalma

Bu ilin avqust ayında Rusiya 6,754 milyon ton əsas taxıl məhsulları ixrac edib.

Musavat.com Rusiya Taxıl İttifaqının məlumatına əsasən, xəbər verir ki, bu, ötən ilin eyni ayı ilə müqayisədə 12,3 faiz azdır.

Birliyin analitik departamentinin direktoru Yelena Türinanın “İnterfaks”a verdiyi məlumata görə, buğda ixracı 6,06 milyon ton (6,7 faiz az) təşkil edib.

Avqustda arpa tədarükünün həcmi əvvəlki illə müqayisədə 1,34 milyon tondan 499,4 min tona, qarğıdalı 257,5 min tondan 193 min tona düşüb.

Ümumilikdə mövsümün əvvəlindən (2024-cü ilin iyul-avqust ayları) ixrac üçün 12,251 milyon ton əsas taxıl göndərilib ki, bu da ötən mövsümlə müqayisədə 8,1 faiz azdır. O cümlədən buğda ixracı bu dövrdə 10,143 milyon ton (8,2 faiz az), arpa 1,613 milyon ton (11,3 faiz az), qarğıdalı 495 min ton (4,6 faiz çox) təşkil edib.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
musavat.com

1Mənbələr