Azərbaycan pomidor istehsalçısı olan “Agroterm” MMC nizamnamə kapitalını azaldıb.
İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı şirkət özü elan edib.
Belə ki, investorların öz vəsaitlərini geri çəkməsi ilə bağlı şirkətin nizamnamə kapitalı 1 350 000 manat azalıb.
Cəmiyyətin nizamnamə kapitalı 23 712 455 manat məbləğdən azaldılaraq 22 362 455 manat müəyyən edilib.
Qeyd edək ki, “Agroterm” MMC 2017-ci ildə dövlət qeydiyyatına alınıb, şirkətin qanuni təmsilçisi baş menecer Elmar Əliyevdir. Şirkət əsasən xaricə pomidor ixracı ilə məşğuldur.