AZ

Putin həmin qızın yanağından öpdü

Rusiya Prezidenti Vladimir Putin qarşılanma mərasimində ona gül verən qızı öpüb.

Publika.az xəbər verir ki, həmin anın videogörüntülərini jurnalist Pavel Zarubin öz "Telegram" kanalında yayımlayıb.

“Hörmətli Prezident, Vladimir Vladimiroviç Putin, ölkəmizə xoş gəlmisiniz! Qoy ölkələrimizin dostluğu çiçəklənsin!” - milli geyimdə olan Monqolustanın gənc sakini deyib.

Rusiya lideri təşəkkür edib və qızın yanağından öpüb.

Sentyabrın 2-də Rusiya lideri Monqolustana rəsmi səfərə gəlib. Ertəsi gün Putin respublika prezidenti Uxnaaqiyn Xurelsuxla görüşüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
4
publika.az

5Mənbələr