AZ

"Gürcüstan Paris Olimpiadasının açılışındakı mənzərəni yaşamaq istəmir"

"LGTB təbliğatı 2-3 nəsildən sonra heç bir fatehin məhv edə bilmədiyini məhv edə bilər"

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, qonşu ölkənin hakim "Gürcüstan arzusu - Demokratik Gürcüstan" partiyasının icraçı katibi Mamuka Mdinaradze jurnalistlərə açıqlamasında Gürcüstandakı həyatın Parisdəki Olimpiya Oyunlarının açılışına bənzəməməsi üçün hökumətin LGTB təbliğatına qarşı qanun qəbul elədiyini söyləyib.

"Hamı həmin çağırışları çox yaxşı dərk edib. Ona görə də gürcü kilsəsi, patriarxlığı və Gürcüstan rəhbərliyi LGTB təbliğatı ilə mübarizə aparırlar. Kimsə belə bir çağırışın olmasına şübhə edirsə, qoy Olimpiadanın açılışına yenidən baxsın. Biz ölkəmizdəki həyatın Olimpiadanın açılışına bənzəməməsinə çalışacağıq".

Onun sözlərinə görə, əsrlərlə bütün fatehlər gürcü millətini məhv etməyə çalışsalar da, bunu edə bilməyiblər, "lakin LGTB təbliğatı 2-3 nəsildən sonra heç bir fatehin məhv edə bilmədiyini məhv edə bilər".

Gürcüstan parlamentinin Hüquqi Məsələlər Komitəsi LGTB təbliğatının qadağan edilməsi ilə bağlı qanunvericilikdə dəyişikliklər paketini ikinci oxunuşda qəbul edib. Gürcüstan parlamenti iyun ayındakı plenar iclasda qanun layihəsinin ilk oxunuşunu dəstəkləmişdi. 

Müxalifət qanun paketinin müzakirəsində və səsverməsində iştirak etmir. 

Hürr Tərcüman

Seçilən
73
hurriyyet.az

1Mənbələr