AZ

Rusiya təhsil müəssisəsini vurdu: 47 ölü, 206 yaralı

Rusiya təhsil müəssisəsini vurdu: 47 ölü, 206 yaralı




Rusiyanın Poltavaya endirdiyi zərbə nəticəsində ölənlərin sayı 47-yə yüksəlib, 206 nəfər isə yaralanıb.Bu barədə Ukrayna prezidentinin həyat yoldaşı Yelena Zelenskaya bildirib."Xilasetmə əməliyyatına bütün lazımi xidmətlər cəlb olunub. Zərbədən sonra ilk dəqiqələrdən insanlara kömək edən, həyatını xilas edən hər kəsə minnətdaram. Bu zərbəyə görə Rusiya alçaqlarına mütləq cavab veriləcək. Biz isə dönə-dönə dünyada bu terroru dayandırmaq gücündə olan hər kəsə deyirik: onlar üçün hava hücumundan müdafiə sistemləri və onlar üçün raketlər anbarda deyil, Ukraynada lazımdır”, - deyə Zelenski vurğulayıb.Bu arada, Ukrayna Hərbi Hava Qüvvələri xüsusilə Poltavaya son hücumdan sonra Rusiyanın ballistik raketlərinin cəbhə bölgələri üçün yüksək təhlükə olduğunu xatırladıb.




Xəbərin oxunma sayı :
49

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
azfakt.com

1Mənbələr