AZ

Ən ağır cəza

Hindistanın Qərbi Benqal əyaləti cinsi zorakılıq nəticəsində ölümə səbəb olan cinayətkarların ölüm cəzasını nəzərdə tutan qanun layihəsini təsdiqləyərək yeni çığır açıb.

Hindistanda çox danışılan qanun layihəsi, qurbanın cinsi istismar nəticəsində ölməsi və ya vegetativ vəziyyətə düşməsi halında cinayətkarların edam ediləcəyini nəzərdə tutur.

O, həmçinin cinsi zorakılıq cinayətlərinə görə məhkum olunanlar üçün şərti azad edilmədən ömürlük həbs cəzasını da əhatə edir. Bu tənzimləmə ilə Qərbi Benqal ölkədə cinsi istismar, kütləvi cinsi təcavüz və uşaqlara qarşı cinsi cinayətlərlə bağlı qanunlara dəyişiklik edən ilk əyalət oldu.

Qanun layihəsi qüvvəyə minməzdən əvvəl Qərbi Benqal qubernatoru Ananda Bose və Hindistan prezidenti Droupadi Murmunun təsdiqini gözləyir.

***

Qərbi Benqalın Kolkata şəhərindəki RG Kar Tibb Kollecində işləyən 31 yaşlı qadın həkim işçilər üçün istirahət otağı olmadığı üçün avqustun 9-da 36 saatlıq növbəsindən sonra seminarların keçirildiyi otaqda yatıb. Sabahı gün səhər onun həmkarları qadının cansız, yarıçılpaq və bədəninin müxtəlif yerlərində ağır yaralar olan cəsədini aşkar ediblər.

Məsələ ilə bağlı xəstəxanada könüllü kimi çalışan Sanjoy Roy adlı zabit saxlanılıb. Lakin “ört-basdır etmə və səhlənkarlıq” ittihamlarından sonra iş yerli polisdən Mərkəzi İstintaq Bürosuna (CBI) verilib.

Ölkənin müxtəlif şəhərlərindən bir çox həkim həmkarlarının cinsi istismara məruz qalaraq öldürüldüyü üçün qeyri-müəyyən müddətə tətil etmək qərarına gəldiklərini açıqlanıb.

Sosial şəbəkələrdəki çağırışlardan sonra hadisə ilə bağlı ştatın bir çox şəhərində minlərlə insan toplaşıb. Kəlkütədə 100 yerdə nümayişlər keçirilərkən, Yeni Dehli, Haydarabad, Mumbay və Pune kimi şəhərlərdə də hadisəyə etiraz edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
vaxt.az

1Mənbələr