AZ

Zelenski: Putini danışıqlara məcbur edənə qədər ələ keçirdiyimiz əraziləri saxlamağı planlaşdırırıq

Ukrayna Rusiya diktatoru Vladimir Putini danışıqlar masası arxasına oturmağa məcbur edənə qədər Rusiya Federasiyasının işğal olunmuş ərazilərini saxlayacaq.

Qaziler.az xəbər verir ki, bu barədə prezident Vladimir Zelenski NBC News-a müsahibəsində bildirib.

Ukrayna ərazini "tutacaq", çünki bu, onun müharibəni bitirmək üçün "qələbə planının" ayrılmaz hissəsidir, deyən Zelenski, təklifi ABŞ kimi beynəlxalq tərəfdaşlara təqdim edəcəyini söylədi.

O, Ukraynanın hazırda Rusiyada saxladığı ərazi haqqında deyib: “Hələlik buna ehtiyacımız var”.

Eyni zamanda, Zelenski Ukraynanın daha çox Rusiya ərazisini ələ keçirməplanının olması haqqında məsələni müzakirə edə bilməyəcəyini söyləyib.

“Bağışlayın, bu barədə danışa bilmərəm. Düşünürəm ki, uğur gözlənilməzliyə çox yaxındır. Bu, bizim Kursk əməliyyatımızın başlanğıcı kimidir”, - dedi.

QAZİLER.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
1
qaziler.az

2Mənbələr