AZ

Qəbələdə üç avtomobil toqquşub, xəsarət alan var

Qəbələdə

Qəbələ, 3 sentyabr, AZƏRTAC

Qəbələdə üç avtomobilin iştirakı ilə yol qəzası baş verib.

AZƏRTAC xəbər verir ki, hadisə zamanı bir nəfər sərnişin xəsarət alıb.

“VAZ 2107”, “Great Wall” və “Volkswagen” markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alan şəxs Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma başlanılıb.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
6
azertag.az

6Mənbələr