AZ

Quraqlıq Afinanın əsas su anbarında bir kəndin xarabalıqlarını üzə çıxardı

Yunanıstanda rekord istilik və uzun sürən quraqlıq 1970-ci illərin sonlarında Afinanın əsas su anbarı olan Mornos gölünü yaratmaq üçün su altında qalan Kallio kəndinin qalıqlarını üzə çıxarıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) məlumat yayıb.

Dövlət su operatoru EYDAP-ın məlumatına görə, son aylarda gölün səviyyəsi 30% azalıb. Su 40 metr çəkilib və onun yerində evlərin, məktəb və kilsənin xarabalıqları peyda olub.

Jurnalistlər bildirib ki, Kallio kəndi sonuncu dəfə 1990-cı illərin əvvəllərində şiddətli quraqlıq zamanı üzə çıxıb.

2024-cü ildə Yunanıstan ən isti qışı və ən isti iyul ayını yaşaıb. Ölkə hakimiyyəti əhalinin təxminən 1/3-nin yaşadığı Afina ətrafındakı bölgə olan Attikanın 3,7 milyon sakinini suyu israf etməməyə çağırıb. Yerli sakinlərin sözlərinə görə, Mornos su anbarı ərazisində quraqlıq iki ilə yaxındır davam edir. Bu müddət ərzində burada az yağıntı düşüb. Yunanıstan hökuməti qeyd edib ki, ölkə su ehtiyatlarının 85%-ni əkin sahələrinin suvarılmasına sərf edir və daha çox bəndlərə ehtiyacı var.

Aydın

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
50
qaynarinfo.az

10Mənbələr