AZ

Rusiyanın Poltavaya vurduğu zərbədə ölənlərin sayı 51-ə çatdı – Yenilənib + Video


Rusiyanın Poltavaya hücumu nəticəsində ölənlərin sayı 51-ə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukraynanın Baş Prokurorluğu məlumat yayıb.
Bildirilir ki, daha 200-dən çox insan yaralanıb.
Qeyd edilir ki, Poltavaya hücum iki “İsgəndər-M” ballistik raketi ilə edilib. Düşmən təhsil müəssisəsinə və xəstəxanaya zərbə endirib.

***16:12
Rusiya Ukraynanın Poltava şəhərini ballistik raketlərlə atəşə tutub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Teleqram kanalında məlumat dərc edib.
O bildirib ki, hücum nəticəsində azı 41 nəfər həlak olub, 180-dən çox insan yaralanıb.
“Şəhər iki ballistik raketlə hücuma məruz qalıb və bu raketlər təhsil müəssisəsinin, həmçinin yaxınlığındakı xəstəxananın ərazisinə düşüb”, - Zelenski qeyd edib.
Bildirilib ki, hazırda axtarış-xilasetmə işləri davam etdirilir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
1
yeniavaz.com

2Mənbələr