AZ

“Ərdoğanla Bəşər Əsədin 11 ildən sonra baş tutacaq görüşünə hazırlıqlar gedir” - Ömər Çelik

Türkiyə və Suriya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Bəşər Əsəd arasında 11 ildən sonra baş tutacaq ilk görüşə hazırlıqlar davam edir.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəsmi nümayəndəsi Ömər Çelik jurnalistlərə açıqlamsında bildirib.
 

Çelik qeyd edib ki, əvvəlcə iki ölkənin xüsusi xidmət orqanları danışıqlar üçün dosye hazırlayacaq, daha sonra Müdafiə və Xarici İşlər nazirliklərinin rəhbərləri səviyyəsində görüş keçiriləcək:


“Daha sonra prezidentlərin görüşü baş tuta bilər. Prezidentlərin görüşünün vaxtı ilə bağlı qərar hələ verilməyib”.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
6
bizim.media

7Mənbələr