AZ

Sahibsiz itlərin sakinlərə hücumu davam edir: "Axşam saatlarında sayları 30 olur"

Paytaxtda sahibsiz itlərin sakinlərə hücumu davam edir. Bu dəfə onlar Sabunçu rayonunda yaşayanları canlarından bezdiriblər.

Bu barədə BAKU.WS-in "Qaynar xətti"nə görüntü və məlumatlar daxil olub.

Sakinlər bildirir ki, itlər uşaq, yaşlı, qoca demədən gecə-gündüz hamıya hücum edirlər.

Görüntülərdə sahibsiz itlərin binanın qarşısında və park edilən avtomobillərin altında məskən saldığı kadrlar əks olunub.

Videoda o da bildirilib ki, görüntüləri çəkilən itlər ümumi ərazidə olan itlərin sadəcə beşdə biridr.

Axşam saatlarında isə itlərin sayı 30-a qədər artır.

Sakinlər sahibsiz itlərlə bağlı dəfələrlə qurumlara müraciət etsələr də, şikayətlərinə baxan olmayıb.

Sözügedən görüntüləri təqdim edirik:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
musavat.com

1Mənbələr