AZ

"Müsəlman ölkələrinin resursları NATO-ya analoji olan hərbi qüvvə yaradılmasına kifayət edir..."

İsrailin Qəzza bölgəsində 11 aylıq soyqrımını dayandırmaq üçün müsəlman ölkələri birləşməli, vahid ordu yaratmalı, habelə İsrail dövlətinin tam blokadasını təşkil etməlidir.
 
Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin "Yeni Şafak" qəzeti yazıb.
 
Məqalə müəllifləri 57 dövlətin daxil olduğu İslam Əməkdaşlıq Təşkilatına (İƏT) müraciət edib. Jurnalistlərin fikrincə, bu dövlətlər birləşərək beş gün müddətində soyqırımı dayandıra bilər. Bunun üçün ilk növbədə İsrailin tamamilə dəniz və hava blokadasını təşkil etmək lazımdır. 
 
Müsəlman ölkələri İsrailə və İsraildən uçan mülki və hərbi təyyarələr üçün hava məkanını tamamilə bağlamalıdır. Bu, həmçinin dəniz blokadasına da aiddir. İslam ölkələrinin hakimiyyətləri İsrailə yön alan gəmilərə limanları tərk etməyə imkan verməməli və İsraildən gələn gəmiləri limanlara buraxmamalıdır.
 
Ən asanı İsrail idxalının böyük hissəsinin daxil olduğu Uzaq Şərq ölkələri ilə dəniz əlaqəsinin qarşısını almaqdır. Nəşr nümunə kimi Süveyş kanalından gəmilərin trafikini 85 faiz azaltmağa müvəffəq olan "Ənsər Allah" hərəkatını misal çəkir. Əgər Səudiyyə Ərəbistanı və Misir İsrailin blokadasına qoşulsalar, yəhudi dövləti üçün heç də yaxşı olmayacaq. 
Əgər Misir və İordaniya İsrail ilə quru əlaqəni kəsərsə, yəhudi dövləti praktiki olaraq xarici aləmdən təcrid ediləcək. Müəlliflər qeyd edir ki, İsrailin blokadasına qoşulmaqdan imtina edən istənilən ölkə soyqırımın iştirakçısına bərabər tutulacaq.
 
Təbii ki, bu tədbirlərdən İslam ölkələri də zərər çəkəcək. Lakin qəzetin fikrincə, belə blokadadan iqtisadi zərəri İƏT-ın daxilində ticarəti artırmaqla kompensasiya etmək olar. 
 
Jurnalistlər vurğulayır ki, iqtisadi cəbhədən başqa, həm də hərbi cəbhəni açmaq zəruridir. 
 
İƏT-ə daxil olan 57 ölkənin əhalisi 2 milyarddan çoxdur. Bu dövlətlərin ordusunda 17 milyondan artıq hərbi qulluqçu var. Təkcə Türkiyə Silahlı Qüvvələri və Jandarmasının şəxsi heyətinin sayı 600 min nəfərdən çoxdur. Pakistanın 1,7 milyon, Misirin 1 milyon 220 min, İranın 1 milyon əsgəri var. 
Danışıqlar masası arxasında əyləşmək üçün İslam ölkələri döyüş meydanında iştirak etməli, zəruri hallarda İslam ordusu yaradılmalıdır. Müsəlman ölkələrinin resursları NATO-ya analoji olan hərbi qüvvə yaradılmasına kifayət edir. Belə qüvvə dünyanın müxtəlif regionlarında, o cümlədən Qəzza bölgəsində zülmün qarşısını ala  biləcək",- qəzet yazıb.
 
İƏT bu təklifə hələ münasibət bildirməyib. Türkiyənin tamhüquqlu üzvü olduğu NATO da həmçinin bu təklifləri şərh etməyib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
moderator.az

1Mənbələr