AZ

Məxfi Xidmət Baydenə izdihamın yanına getməyi qadağan ETDİ

ABŞ Məxfi Xidməti təhlükəsizlik baxımından ABŞ Prezidenti Co Baydenə böyük izdihamlı insanlara yaxınlaşmağı qadağan edib.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, dövlət başçısı bu barədə Delaverdə keçirdiyi məzuniyyətdən sonra Ağ Evin ərazisində jurnalistlərə bildirib.

"Özümü yaxşı hiss edirəm - daha kütləyə yaxınlaşa bilməməyim istisna olmaqla, Gizli Xidmət mənə icazə vermir", - Bayden deyib.

Xüsusilə dövlətin yüksək vəzifəli şəxslərini, prezidentliyə namizədləri və keçmiş liderləri qoruyan Gizli Xidmətin bu qərarının səbəbləri ilə bağlı sualı cavablandıran Bayden vurğulayıb: “Çünki onlar bunun çox təhlükəli olduğunu söylədilər”.

Xatırladaq ki, ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasının hazırki prezidentliyə namizədi Donald Tramp iyulun 13-də Pensilvaniya ştatının Butler şəhərində keçirilən seçki kampaniyası zamanı sui-qəsd cəhdindən sağ çıxıb. Respublikaçı qulağından yüngül yaralanıb. Atıcı məxfi xidmət əməkdaşları tərəfindən öldürülüb. Federal Təhqiqat Bürosu hadisənin qətlə cəhd kimi qiymətləndirildiyini təsdiqləyib.

Turan İSMAYIL

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
1
redaktor.az

10Mənbələr